Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.09.2026 - Bir qrup vətəndaş
Vətəndaşlar Seyid Seyidov, Aqil Balayev, Mirasif İskəndərov, Möhlət Şirinov, Mübariz Xudaverdiyev, Elşad Ağayev, Ağayar Ağayev və Elvin Seyfəddinov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər.
02.09.2026 - Vətəndaş Aytəkin Bayramova
Vətəndaş Aytəkin Bayramova DİN-ə göndərdiyi təşəkkür məktubunda müraciətinə operativ baxıldığını və qısa müddətdə öz müsbət həllini tapdığı üçün Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.09.2026 - Vətəndaş Nadir Novruzov
Vətəndaş Nadir Novruzov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ baxıldığını və qısa müddətdə öz müsbət həllini tapdığı üçün Xətai RPİ 36-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
02.09.2026 - Vətəndaş Gülnar Hüseynova
Vətəndaş Gülnar Hüseynova “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində qeyd edir ki, yolda hərəkətdə olan zaman həyat yoldaşının səhhətində qəfil problem yarandı və ərazidəki polis əməkdaşları dərhal köməklik göstərdilər. Bunun üçün Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Reyhan Əliyeva
Vətəndaş Reyhan Əliyeva “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində göstərilən diqqətə və operativ fəaliyyətə görə Suraxanı RPİ 31-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Nayib Məhtiyev
Vətəndaş Nayib Məhtiyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edərək operativliyə və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkür edir.
02.09.2026 - Vətəndaş Nahidə Heydərova
Vətəndaş Nahidə Heydərova məktubunda müraciəti ilə əlaqədar aparılan obyektiv araşdırmalara və qısa müddətdə müsbət həllinin təmin edilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Anar Əzizov
Vətəndaş Anar Əzizov məktubunda “E-Polis” elektron xidmətlər portalı vasitəsilə etdiyi müraciətinin qısa müddətdə müsbət həllinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
02.09.2026 - Vətəndaş Pərvanə Novruzova
Vətəndaş Pərvanə Novruzova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar operativ tədbirlərin görülməsinə və qısa müddətdə müsbət həllinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.