Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Orxan Ağacanov müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Vüqar Qasımov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Dürdanə Hacıyeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın bir qisminin ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Vəsxanım Əmirbəyova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Yasəmən Kərimova müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Nəsimi RPİ-nin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Aytac Aslanova itən mobil telefonunu tez bir zamanda taparaq ona təhvil verdikləri üçün Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Əbülfəz Sadiqi müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Ülkər Şahkərəmova oğurlanan mobil telefonunun tezliklə tapılaraq ona təhvil verilməsinə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nazim Kərimov ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və müraciətinin müsbət həlli ilə bağlı Pirallahı Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.