Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.04.2025 - Naxçıvan şəhər sakini Nəsib Məmmədov
Naxçıvan şəhər sakini Nəsib Məmmədov müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN kollektivinə minnətdarlığını bildirir.
25.04.2025 - Bakı şəhər sakini Şəmil Süleymanov
Bakı şəhər sakini Şəmil Süleymanov ünvanladığı məktubunda Azərbaycan polisinin xidmətindən razılıq edir, səmimi qəbula və ona göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.04.2025 - Vətəndaş Səma Əliyeva
Vətəndaş Səma Əliyeva baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
25.04.2025 - Bakı şəhər sakini Abbas Axundzadə
Bakı şəhər sakini Abbas Axundzadə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən diqqətə görə Nəsimi RPİ DYP kollektivinə təşəkkürünü bildirir.
25.04.2025 - Sabirabad rayon sakini Samir Bağırov
Sabirabad rayon sakini Samir Bağırov ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə DİN kollektivinə minnətdarlıq edir.
25.04.2025 - Beyləqan rayon sakini Şahmar Süleymanov
Beyləqan rayon sakini Şahmar Süleymanov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
25.04.2025 - Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov
Sosial şəbəkə istifadəçisi Hüseyn Hüseynov müraciətinə obyektiv baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
25.04.2025 - Şahbuz rayon sakini Gültəkin Ağəliyeva
Şahbuz rayon sakini Gültəkin Ağəliyeva aparılan araşdırmadan razılıq edir və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
25.04.2025 - Vətəndaş Ağasəfər Mehtizadə
Vətəndaş Ağasəfər Mehtizadə ünvanladığı təşəkkür məktubunda Azərbaycan polisinin xidmətindən razılıq edir.