Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mahir Cahangirov öz təşəkkür məktubunda müraciəti ilə əlaqədar Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyi və aidiyyəti qaydada müraciətinə baxıldığını yazır.

Masallı rayon sakini Eldar Eynalov öz təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılmasına, ona lazımi köməkliyin göstərilməsinə və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Abuzər Cəfərov müraciətinin Biləsuvar rayon Polis Şöbəsində operativ qaydada araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Samir Rəhimoğlu ölkə ərazisində asayişin etibarlı qorunmasında, təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizə və hüquq pozuntularının qarşısının alınmasında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Fariz Hümbətov müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin TŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Rüfət Qasımzadə müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə DİN kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Seymur Qurbanov ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Çingiz İbişov itkin düşən atasının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir. 

Bakı şəhər sakini Natavan Lazımova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.