Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İnstagram izləyicisi (aktrisa) Gülşən Hüseyni öz işinin öhdəsindən layiqincə gələn, sabitliyin və asayişin keşiyində qətiyyətlə duran, cinayətkarlıqla mübarizədə barışmaz mövqe nümayiş etdirən Azərbaycan Polisinə xidmətlərində uğurlar arzulayır.

 

Bakı şəhər sakini  Seymur Nadirli üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Xətai RPİ 36PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vahid İbrahimov vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Ucar RPŞ DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Crown_boutigue instagram izləyicisi xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Qardağ RPİ-nin əməkdaşlarına ünvanladığı təşəkkür məktubunda razılığını ifadə edir.

Bakı şəhər sakini Teymur Kərimov etdiyi ailə münaqişəsi probleminə çevik reaksiya verilməsi, ona xəsarət yetirən şəxs barəsində qanunamüvafiq tədbir görülməsinə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Emin Paşayev müraciətinə operativ şəkildə baxıldığına, yaranan probleminin həlli istiqamətində göstərdikləri köməkliyə, vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Xəbəraz.az səhifəsində video paylaşılaraq, vətəndaş qeyd edib ki, gecə saatlarında yanacağının bitməsindən çarəsiz vəziyyətdə yolda qalarkən, xidmətdə olan 99-YP-792 dövlət nömrə nişanlı YPX-nin əməkdaşları ona göstərilən köməyə görə öz minnətdarlığını bildirir. 

ailəsinin faciəsinə səbəb olacaq hadisənin qarşısının alınmasında, üzləşdiyi problemin həllinin tapılmasında  ona götərilən köməyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına  təşəkkürünü ifadə edir. 

Astara rayon sakini Tofiq Kazımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkalıqla mübarizədə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara, o cümlədən şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.