Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.09.2024 - Vətəndaş Rahib Qasımov
Vətəndaş Rahib Qasımov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən diqqətə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
26.09.2024 - Sosial şəbəkə istifadəçisi Yeganə Cəfərova
Sosial şəbəkə istifadəçisi Yeganə Cəfərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2024 - Vətəndaş Lamiyə Niftəliyeva
Vətəndaş Lamiyə Niftəliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2024 - Vətəndaş Elnur Quliyev
Vətəndaş Elnur Quliyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, nəqliyyat vasitəsini idarə edərkən səhhəti ilə əlaqədar problemlə üzləşdiyini yazır və həmin vaxt yol polisi əməkdaşları tərəfindən ona göstərilən çevik və həssas yanaşmaya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.09.2024 - Vətəndaş Samirə Əsgərova
Vətəndaş Samirə Əsgərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2024 - Vətəndaş Lalə Həsənova
Vətəndaş Lalə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Pirallahı rayonu ərazisində kibercinayətkarlıq hallarının qarşısının alınması məqsədilə görülən maarifləndirici tədbirlərin təqdirəlayiq olduğunu, həmçinin aparılan profilaktik söhbətlərin vətəndaşların kiberdələduzlara qarşı məlumatlı olmasında böyük rolu olduğunu qeyd edən L.Həsənova DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
26.09.2024 - Vətəndaş Xalid Hüseynzadə
Vətəndaş Xalid Hüseynzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə diqqətlə yanaşılmasına və ona müvafiq izahların verilməsinə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.09.2024 - Sosial şəbəkə istifadəçisi Zaur Əhmədov
Sosial şəbəkə istifadəçisi Zaur Əhmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
26.09.2024 - Vətəndaş Ofelya Qənbərova
Vətəndaş Ofelya Qənbərova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.