Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Mətləb Əyyubov oğurlanan avtomobilinin qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Rəvanə Süleymanova DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Samid Əmrəliyev Daxili İşlər Nazirliyinin “Facebook” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Hacıqabul RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Roman Mehtiyev DİN-ə ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əmədaşlarına təşəkkürünü bildirir.

Kəlbəcər rayon sakini Əlzamin Mamedov DİN-ə ünvanladığı mətubunda narkotiklə mübarizə istiqamətində həyata keçirilən səmərəli tədbirlərə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əmədaşlarına minnətdarlıq edir.

Bərdə rayon sakini Orxan Yusifov DİN-ə ünvanladığı mesajında göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Bərdə Regional Mühafizə Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Ağsu rayon sakini Fəxriyyə Əsədova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Şirxan Manafov müraciətinin müsbət həll olunmasına görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax rayon sakini Mikayıl Əzimov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.