Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Yaşar Əhmədov müraciətinə operativ baxılmasına və göstərilən diqqətə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi F.Ramazanov müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmaya görə DİN kollektivinə minnətdarlıq edir.

Lerik rayon sakini Üzeyir Məmmədov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Lerik RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

243 nömrəli tam orta məktəbin direktoru Mehparə Mansırova məktəbdə “Antinarkomaniya”, “Kibertəhlükəsizlik” və “Erkən nikah” mövzusunda keçirilən maarifləndirici tədbirə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

“SabirabadXəbər” səhifəsi “Facebook” sosial şəbəkə hesabında paylaşdığı postda rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Aqil Abbasov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Alanazi Naji Sewaidin DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə dərhal reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Şahnaz Məmmədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Rüzgar Nəzirli məktubunda şəhər ərazisində avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına görə yol polisi əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.