Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.09.2022 - Abşeron rayon sakini Ruslan İsmayılov
Abşeron rayon sakini Ruslan İsmayılov Azərbaycan Polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı qətiyyətli mübarizəni təqdir edir və onlara gərgin xidməti fəaliyyətlərində uğurlar diləyir.
01.09.2022 - Vətəndaş Tərlan Əzizov
Vətəndaş Tərlan Əzizov yollarda təhlükəsizliyin təminatçısı olan yol polislərinin xidməti fəaliyyətini təqdir edir və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2022 - Vətəndaş Yaqut Cəfərova
Vətəndaş Yaqut Cəfərova şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
01.09.2022 - Vətəndaş Ruslan Süleymanov
Vətəndaş Ruslan Süleymanov avtomobili ilə bağlı probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Səbail RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
01.09.2022 - Vətəndaş Elsəvər Şahbazov
Vətəndaş Elsəvər Şahbazov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyi üçün, həmçinin avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
01.09.2022 - Vətəndaş Zamir Hüseynov
Vətəndaş Zamir Hüseynov məktubunda müraciəti ilə bağlı Bakı Metropolitenində Polis Şöbəsində yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. Ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2022 - Vətəndaş Qəndab Həbibbəyli
Vətəndaş Qəndab Həbibbəyli yol nəqliyyat hadisəsi zamanı qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.09.2022 - Vətəndaş Mehrac Sarıxanlı
Vətəndaş Mehrac Sarıxanlı etdiyi müraciətində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-İmtahan İdarəsində qəbul edildiyini, dinlənildiyini bildirir, qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. M.Sarıxanlı vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə DİO əməkdaşlarına təşəkkürünü bildirir.
01.09.2022 - Hacıqabul rayon sakini Gülay Babayeva
Hacıqabul rayon sakini Gülay Babayeva DİN-ə ünvanladığı məktubunda DİN rəhbərliyinə və BMİ-nin Yasamal RMİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.