Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Elçin Əsgərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Qaradağ RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Anar Abdullayev pulunu oğurlayan şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Nübariz Bağırov təşəkkür məktubunda müraciətinə operativ reaksiya verdiklərinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Şəki şəhər sakini Elvin Lətifov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, ŞRPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlıq edir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşıldığına görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lerik rayon sakini Üzeyir Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Lerik Rayon Polis Şöbəsininrəhbərliyindən razılığını ifadə edir.

Yevlax rayon sakini Könül Abbasova etdiyi müraciətin obyektiv araşdırılmasına görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Yevlax rayon sakini Ədalət Əmirovun müraciətinə obyektiv reaksiya verildiyinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağcabədi rayon sakini Fuad Cəfərov etdiyi müraciətin obyektiv araşdırılmasına görə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.