Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ülkər Məmmədova “102” Xidməti-Zəng Mərkəzinə ünvanladığı müraciətinə operativ baxıldığını, Nəsimi Rayon Polis İdarəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Jalə Şeydayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunun oğurlanması ilə bağlı Metropolitendə Polis İdarəsinə etdiyi müraciətinə dərhal reaksiya verildiyini və polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır.
Vətəndaş müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Jasmin Abdullayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, “102” Xidməti-Zəng Mərkəzinə etdiyi müraciəti ilə əlaqədar Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığını və məsələnin qısa müddətdə müsbət həll olunduğunu yazır. J.Abdullayeva müracətinə operativ baxılmasına görə Xətai Rayon Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Fikrət Camalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O,müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə özü və ailəsi adından DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Nurlan Ələkbərov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Nahidə Alıyevanın DİN-ə ünvanladığı təşəkküründə mobil telefonunun oğurlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. 
O, müraciətinə çevik reaksiya verilməsinə, o cümlədən göstərilən yüksək diqqət və qayğıya görə Nərimanov RPİ-nin  18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Cəlilabad rayon sakini Amid Pənahov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Bakı şəhər sakini Telman Kazımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda baş vermiş oğurluq hadisəsi ilə bağlı Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən operativ tədbirlərin keçirildiyini və qısa müddətdə probleminin həll olunduğunu qeyd edir. 

Bakı şəhər sakini Maral Quluzadə müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərə  görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.