Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şirvan şəhər sakini Şahin Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elvin Paşayev məktubunda qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edərək nümunəvi xidmətlərinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vəkil Əziz Qənbərli “Facebook” hesabında təşəkkür postu paylaşıb: “DİN-in Mətbuat Xidmətindən müdafiə etdiyim şəxsə kömək edilməsi ilə bağlı xahiş etdim. İş bir saat ərzində öz müsbət həllini tapdı. Belə operativ xidməti görəndə adam çox sevinir. Var olun!”.

Bərdə rayon sakini Orxan Yusifov rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan tədbirlərə görə Bərdə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Sərvər Fərzəliyev vəzifələrini layiqincə yerinə yetirən Ağcabədi RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Ağdam rayon sakini müraciətlərinin müsbət həll olunmasına görə təşəkkür edir.

Vətəndaş Veysəl Oruclu DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə, müvafiq araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Biçənək kənd sakini İnsaf Məmmədova Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu və ona dəymiş maddi zərərin ödətdirildiyini qeyd edir.

O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, o cümlədən Şahbuz Rayon Polis Şöbəsində müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Yasəmən Hüseynova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Portmanatımı itirmişdim. Tapılması üçün Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə üz tutdum. Müraciətimə operativ şəkildə baxıldı. Çox tez bir zamanda portmanatım tapılaraq mənə qaytarıldı. Bu işdə əməyi keçən hər bir polis əməkdaşına minnətdarlığımı bildirirəm.”