Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Cəmil Əzizov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir. 

Ucar rayon sakini Sədaqət Həsənova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Quba rayon sakini Nuriyyə Abdullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rüfət Hüseynov DİN-in rəsmi “facebook” səhisəsinə yazdığı təşəkkür məktubunda xidməti vəzifələrini, eləcə də peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ruhəngiz Babayeva müraciətinin obyektiv araşdırılmasına, eləcə də  müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ziyad Dadaşov etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini  Ədilə Hüseynova müraciətinin obyektiv araşdırılmasına, eləcə də  müsbət həll edilməsinə görə Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Məryəmxanım Babayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Firəddin İsmayılov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.