DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Zərdab rayon sakini Tahir Qasımov DİN rəhbərliyinə ünvanladığı məktubunda həmkarlarımızın fəaliyyətindən razılıq edir və minnətdarlığını ifadə edir.

Kürdəmir rayon sakini Əflatun Abdullayev vəzifə borclarını məsuliyyətlə yerinə yetirən, ayıq-sayıq xidmət aparan, əmin-amanlığın və sabitliyin keşiyində duran həmkarlarımıza xidmətlərində uğurlar arzu edir.

Bakı şəhər sakini Əlibala Quliyev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin üstünün açılmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə və və İstintaq Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Camal Bağırzadə Yasamal RPİ-yə etdiyi müraciətə dərhal reaksiya verilərək məsələnin müsbət həll olunmasına göstərilən köməkliyə görə Qeydiyyat və Şəxsiyyət vəsiqəsi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Samux rayon sakini Həsən Həsənov DİN-ə ünvanladığı məktubunda şikayətinə tez bir zamanda baxılaraq, ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Biləsuvar rayon sakini Əlyar Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Rüstəm Rüstəmov DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ruslan Hüseynov DİN-ə ünvanladığı məktubunda probleminin həllini tapmasında ona göstərilən köməyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Gədəbəy rayonu Düzyurd kənd sakini Sənubər Qasımova DİN-ə ünvanladığı minnətdarlıq məktubunda vəzifə borcunu layiqincə yerinə yetirdiyinə və vətəndaşlarla yaratdığı xoş münasibətə görə Mingəçevir ŞPŞ-in Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarından razılıq edir və təşəkkürünü bildirir.