Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Arif Nəsibov müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Abbas Sadizadə məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Nizami Daleiubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Eldəniz Yusubov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Səmayə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə aparılan obyektiv araşdırmalara görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Murad Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Banu Osmanova məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir, göstərilən diqqətə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.  

Bakı şəhər sakini Təranə Ələsgərova məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə və müsbət həll olunmasına görə Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Tural Quliyev məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir, göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.