Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.03.2025 - Vətəndaş Pərvin Abışova
Vətəndaş Pərvin Abışova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür mesajı paylaşıb. O etdiyi müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Vətəndaş Azad Əliyev
Vətəndaş Azad Əliyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini və məsələnin qısa müddətdə araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Bakı şəhər sakini Əkbər Məmmədli
Bakı şəhər sakini Əkbər Məmmədli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Vətəndaş Mirrəhimə Kəlbəliyeva
Vətəndaş Mirrəhimə Kəlbəliyeva pulqabısını itirməsilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini yazır. O, Rayon Polis İdarəsi əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Sosial şəbəkə istifadəçisi Günel Əliyeva
Sosial şəbəkə istifadəçisi Günel Əliyeva DİN-ə ünvanladığı mesajında xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə DİN-in Mətbuat Xidmətinin və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.03.2025 - Tərtər rayon sakini Elvin Cəfərli
Tərtər rayon sakini Elvin Cəfərli DİN-ə ünvanladığı məktubunda göstərilən diqqət və qayğıya görə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.03.2025 - Bərdə rayon sakini Rizvan Mikayılov
Bərdə rayon sakini Rizvan Mikayılov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.03.2025 - Bərdə rayon sakini Ceyhun İslamzadə
Bərdə rayon sakini Ceyhun İslamzadə müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
13.03.2025 - Bakı şəhər sakini Nicat Sadiqov
Bakı şəhər sakini Nicat Sadiqov məktubunda müraciəti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində yüksək hörmətlə qarşılandığını və müraciəti ilə bağlı araşdırmalara başlanıldığını qeyd edir. N.Sadiqov ona göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.