Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Eyyub Cəfərov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparıldığını qeyd edir. O, araşdırmanın düzgün və obyektiv aparılmasına görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Vəfa Məmmədova avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Vətəndaş Şahin Nəsibov DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Jurnalist Miri Məcidli öz sosial media hesabında Azərbaycan  polisinə təşəkkür postu paylaşıb: “Haqqı olana təşəkkür etməyi bacarmalıyıq. Polis əməkdaşı həyatını təhlükəyə atıb vətəndaşı xilas edir. Bu həm də, vəzifə borcunu tam olaraq yerinə yetirmək deməkdir. Yaşasın Azərbaycan polisi!”

Bakı şəhər sakini Abdulla Məhərrəmov məktubunda müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsində qəbul edildiyini, araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, göstərilən diqqət və qayğıya, obyektiv araşdırmaya görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Jurnalist Yusif Şamiloğlu öz sosial media hesabında Azərbaycan  polisinə təşəkkür postu paylaşıb. O, əlverişsiz hava şəraitində və ölkə ərazisində yağan intensiv yağışlar zamanı operativ fəaliyyətinə, vətəndaşlara göstərdikləri köməkliklərə və fədakarlıqlarına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. 

Naxçıvan Muxtar Respublikası Culfa rayon sakini Rafiq Mirzəyev müraciəti ilə əlaqədar Culfa Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını, ona dəymiş zərərin ödənilməsində köməklik göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Culfa Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Murad Bayramov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Şərur Rayon Polis İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Şərur Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sabirabad rayon sakini Yusif Abuşov rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqətə və qayğıya görə DİN rəhbərliyinə və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.