Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aqşin Məmmədli xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, eləcə də müraciətinə xüsusi həssaslıqla və obyektiv yanaşdıqlarına görə BBPİ-nin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Elxan Əhmədov müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Ehtibar Nicat probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Damət Ağayev səmimi qəbula və göstərilən diqqətə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Saleh Nəsirov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Seymur Mustafayev probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

DQ-nin sabiq hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçısı olan Məhəmməd Süleymanov sosial və məişət problemlərinin həlli üçün ona göstərilən maddi yardıma görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elxan Qəniyev müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Yasamal Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Əli Məmmədov tanışına qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə təşəkkürünü bildirir.