Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.06.2025 - Sosial şəbəkə istifadəçisi Ceyhun Vahidov
Sosial şəbəkə istifadəçisi Ceyhun Vahidov müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
13.06.2025 - Sosial şəbəkə istifadəçisi Sadiq Sadiqov
Sosial şəbəkə istifadəçisi Sadiq Sadiqov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
13.06.2025 - Sosial şəbəkə istifadəçisi Elçin Ağakişiyev
Sosial şəbəkə istifadəçisi Elçin Ağakişiyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq göstərilən köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
13.06.2025 - Bakı şəhər sakini Fuad Mehdiyev
Bakı şəhər sakini Fuad Mehdiyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
13.06.2025 - Abşeron rayon sakini Həmid Zeynalov
Abşeron rayon sakini Həmid Zeynalov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin kollektivinə təşəkkür edir.
13.06.2025 - Vətəndaş Samir Cəfərov
Vətəndaş Samir Cəfərov məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan Azərbaycan polisinə təşəkkürünü bildirir.
13.06.2025 - Bakı şəhər sakini Ədalət Əliyeva
Bakı şəhər sakini Ədalət Əliyeva onu narahat edən problemə operativ reaksiya verildiyinə və qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
13.06.2025 - Vətəndaş Sahil Bayramov
Vətəndaş Sahil Bayramov yaşadığı rayon ərazisində asayişin etibarlı qorunmasına, sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
13.06.2025 - “Azərbaycan fermeri” qəzetinin və “AzFermer TV” Youtube kanalının baş...
“Azərbaycan fermeri” qəzetinin və “AzFermer TV” Youtube kanalının baş redaktoru Nuhəli Kərimov bir neçə Saatlı rayon sakini adından DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.