Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vəfa İsazadə müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vəfa Mustafayeva belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Pirallahı Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Tural Cəfərov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı humanistliyə, diqqətə və göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Vətəndaş Nazilə Babayeva müraciətinə operativ baxıldığını, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.

Vətəndaş Məmməd Məmmədov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şirvan şəhər sakini Bədircahan Rəsulova DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhid ailələrinə göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan RQİ və TBŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Fuad Mehdiyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə obyektiv baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Vəfa İsazadə müraciətinə operativ baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Şəhriyar Qasımov müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.