Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.05.2025 - Bakı şəhər sakini Günay Qasımova
Bakı şəhər sakini Günay Qasımova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarına təşəkkür edir.
15.05.2025 - İmişli rayon sakini Ceyhun Şıxəliyev
İmişli rayon sakini Ceyhun Şıxəliyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə BBPİ DYPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
15.05.2025 - Vətəndaş Zeynal Qurbanov
Vətəndaş Zeynal Qurbanov müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Naxçıvan MR DİN-in Babək Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
15.05.2025 - Bir qrup Oğuz rayon sakini
Bir qrup Oğuz rayon sakini ünvanladıqları kollektiv təşəkkür məktubunda müraciətlərinə operativ baxılaraq qısa müddətdə həllini tapmasına, göstərilən diqqət və qayğıya görə Oğuz RPŞ-nin rəhbərliyinə təşəkkür edir.
15.05.2025 - Bakı şəhər sakini Səbiyə Bağırova
Bakı şəhər sakini Səbiyə Bağırova oğurlanmış mobil telefonunun tapılaraq ona geri qaytarılmasına görə Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.05.2025 - Bakı şəhər sakini Fikrət Yusubov
Bakı şəhər sakini Fikrət Yusubov pulunun ələ keçirilməsi barədə müraciətinə dərhal reaksiya verilərək ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kollektivinə təşəkkürünü bildirir.
15.05.2025 - Vətəndaş Anar Baxışov
Vətəndaş Anar Baxışov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.
15.05.2025 - Sosial şəbəkə istifadəçisi Şərafət Babayeva
Sosial şəbəkə istifadəçisi Şərafət Babayeva müraciətinə dərhal reaksiya verilməsinə və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
15.05.2025 - Sumqayıt şəhər sakini Sahib Mustafazadə
Sumqayıt şəhər sakini Sahib Mustafazadə baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə BBPİ DYPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.