Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.04.2025 - Mingəçevir şəhər sakini Mehriban Kərimova
Mingəçevir şəhər sakini Mehriban Kərimova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.04.2025 - Zaqatala rayon sakini Fidan Sadıqova
Zaqatala rayon sakini Fidan Sadıqova müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2025 - Bakı şəhər sakini Səbinə Süleymanova
Bakı şəhər sakini Səbinə Süleymanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən 168 nömrəli tam orta məktəbin valideyniyəm. Aprelin 15-i 168 nömrəli tam orta məktəbdə “Sağlam gələcək naminə narkomaniyaya yox deyək” adlı tədbir keçirildi. Tədbirin təşkili üçün Daxili İşlər Nazirliyinə və Pirallahi Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
22.04.2025 - Bakı şəhər sakini Kamran Şirəliyev
Bakı şəhər sakini Kamran Şirəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “2025-ci il yanvar ayının əvvəlində tanışıma qarşı dələduzluq hadisəsi baş vermişdi. Bu məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etdikdən sonra operativ və peşəkar tədbirlər nəticəsində tanışıma dəymiş maddi ziyan ödənildi. Göstərilən diqqət və ədalətli yanaşmaya görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.
22.04.2025 - Bakı şəhər sakini Sahil Sabirli
Bakı şəhər sakini Sahil Sabirli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmaya görə RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2025 - Bakı şəhər sakini Şəhla Zeynalova
Bakı şəhər sakini Şəhla Zeynalova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
22.04.2025 - Vətəndaş Rövşən Əliyev
Vətəndaş Rövşən Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə məxsus bank kartından pulumun ələ keçirilməsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılaraq dəymiş ziyan tam ödətdirilmişdir. Odur ki vətəndaşlara göstərdirilən diqqət və qayğıya görə DİN-in və Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkürümü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıram”.
22.04.2025 - Quba rayon sakini Şəhriyar Mirzəliyev
Quba rayon sakini Şəhriyar Mirzəliyev onlayn dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinin müsbət həll edilərək ona dəymiş ziyanın tam ödətdirilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.04.2025 - Qusar rayon sakini Etibar Ələsgərov
Qusar rayon sakini Etibar Ələsgərov müraciətinin obyektiv araşdırılmasına, eləcə də ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.