Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.06.2025 - Abşeron rayon sakini İntiqam Abbasov
Abşeron rayon sakini İntiqam Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.
23.06.2025 - Masallı rayon sakini Tofiq Şahmarov
Masallı rayon sakini Tofiq Şahmarov məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.06.2025 - Vətəndaş Mənzər Dadaşova
Vətəndaş Mənzər Dadaşova məktubunda nümunəvi xidmətə və nəzakətli davranışlarına görə Abşeron RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.06.2025 - Vətəndaş Zaur Səfərov
Vətəndaş Zaur Səfərov məktubunda humanistliyinə, xoş rəftarına o cümlədən şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.06.2025 - Vətəndaş Ceyhun Qurbanov
Vətəndaş Ceyhun Qurbanov məktubunda müraciəti üzrə aparılan obyektiv araşdırmaya, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.06.2025 - Sədərək rayon sakini Əsgər Mehdiyev
Sədərək rayon sakini Əsgər Mehdiyev teleqramında üzləşdiyi problemlə bağlı müraciəti üzrə Sədərək Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, xidməti fəaliyyətlərində uğurlar arzulayır.
21.06.2025 - Bakı şəhər sakini Vüsal Şükürov
Bakı şəhər sakini Vüsal Şükürov müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.06.2025 - Vətəndaş Şəbnəm Tağıyeva
Vətəndaş Şəbnəm Tağıyeva avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.
20.06.2025 - Vətəndaş İsmayıl Musayev
Vətəndaş İsmayıl Musayev polis əməkdaşlarının belə nümunəvi xidmətinə xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.