Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş İlahə İbrahimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərilən operativliyə və obyektivliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Emil Yusifli məktubunda müraciəti üzrə göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Əkbər Kərimov DİN-in “Instagram” səhifəsinə təşəkkür şərhi yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və müsbət həll olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ülviyə Baxşiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti üzrə həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Tural Oruczadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İbrahim Əbdüləzizli məktubunda müraciəti üzrə həyata keçirilən tədbirlərə və müsbət həll olunmasına görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Xalidə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, tanışının üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə aparılan obyektiv araşdırmalara və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Esmira Novruzova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini, şəhid ailəsi olan Tərlan Məmmədova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.