Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup vətəndaş məktublarında gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Vətəndaşlar Məhəmməd Həsənov, Ülkər Cəfərova və Vüsalə Əzimova məktublarında üzləşdikləri problemlə bağlı müraciətlərinə operativ baxılmasına və onlara dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirirlər.

Lerik rayon sakini Əfrail İmanov öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldikləri üçün Lerik Rayon Polis Şöbəsi və Lənkəran rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Mehriban Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda evinin yaxınlığında yaranmış antisanitar vəziyyətlə bağlı polisə müraciətinə operativ baxıldığını, Yasamal Rayon Polis İdarəsi tərəfindən görülən tədbirlərlə problemin qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elxan Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Heydər Fərəcli DİN-in “Facebook” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Leyla Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında ünvanladığı məktubda kiberdələduzluqla onun maddi vəsatinin oğurlanması ilə bağlı polisə müraciət etdiyini və qısa zamanda araşdırılaraq əməli törədən şəxsi taparaq ona dəyən maddi ziyanın göstərilən köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi İlham Yusifov ünvanladığı məktubunda ona qarşı törədilən quldurluq hadisəsilə bağlı müraciətinə operativ baxılmasına və quldurluğu törətmiş şəxsin tez bir zamanda tapılmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Günəş Rəhimova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.