Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.11.2026 - Vətəndaş Eyvaz Əliyev
Vətəndaş Eyvaz Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə minnəttarlığını bildirir.
06.11.2026 - Vətəndaş Günel Hüseynova
Vətəndaş Günel Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə müraciət etdim. Polis əməkdaşlarının gördüyü tədbirlər nəticəsində mənə dəyən maddi ziyan tam şəkildə ödənildi. Təşəkkür edirəm, Azərbaycan polisi!”.
06.11.2026 - Bakı şəhər sakini Xalidə Ağayeva
Bakı şəhər sakini Xalidə Ağayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müracəti üzrə Abşeron Rayon Polis İdarəsi tərəfindən ona köməklik olunduğunu qeyd edərək DİN-in rəhbrəliyinə və Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Elçin Bağırov
Vətəndaş Elçin Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə bağlı olaraq Pirallahı Rayon Dövlət Yol Polis Şöbəsində olduğunu qeyd edərək müraciətinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.11.2026 - Vətəndaş Pərixan Hüseynsoy
Vətəndaş Pərixan Hüseynsoy DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında avtomobilinə ziyan vurulması ilə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini, məsələyə tez bir zamanda baxılaraq həll olunduğunu və dəymiş ziyanın ödətdirildiyini qeyd edir. Buna görə DİN rəhbərliyinə və Nazirliyin şəxsi heyətinə təşəkkür edir.
06.11.2026 - Vətəndaş Ramil Məmmədov
Vətəndaş Ramil Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Nərimanov rayonu ərazisində avtomobilim qəzaya uğramışdı. Bununla bağlı Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdim. Aparılan araşdırmadan və görülən işlərdən tam razıyam. Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
06.11.2026 - Vətəndaş Orxan Hacıyev
Vətəndaş Orxan Hacıyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmadan razı qaldığını bildirərək, DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını çatdırır.
05.11.2026 - Vətəndaş Sayimə Məmmədova
Vətəndaş Sayimə Məmmədova məktubunda müraciətinə operativ baxılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
05.11.2026 - Vətəndaş Zeynalabidin Zəkiyev
Vətəndaş Zeynalabidin Zəkiyev məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına, həyata keçirilən tədbirlərə və qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.