Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad rayon sakini Səmayə Hümbətova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nurlana Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin diqqətlə araşdırılmasına və lazımi köməyin göstərilməsinə DİN-in və Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Arzu Quliyeva Daxili İşlər Nazirliyinə yazdığı məktubunda onu narahat edən problemlə bağlı müraciətinin araşdırılaraq lazımi köməyin göstərilməsinə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nicat Şirinli Daxili İşlər Nazirliyinə yazdığı məktubunda müraciətinə Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən operativ reaksiya verilməsinə və yüksək peşəkarlığa görə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Məhəbbət Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, iştirakçısı olduğu yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmadan məmnunluğunu ifadə edir və təşəkkürünü bildirir.

Cəlilabad rayon Elnur Quliyev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətlərə çevik reaksiya verilməsinə, yüksək peşəkarlığa və polis əməkdaşları tərəfindən aparılan profilaktik və maarifləndirici tədbirlərə görə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sabiq polis əməkdaşı Rəsul Bunyatov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda yaradılmış şəraitə, yüksək səviyyəli tibbi xidmətə, diqqət və qayğıya görə DİN-in Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalının rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Sücayət Mirzəyev Daxili İşlər Nazirliyinə yazdığı məktubda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, vətəndaşlara qarşı nəzakətli davranışlarına, şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya, humanistliyə görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakinləri Rüfət İsmayılzadə və Pərvanə Əliyeva müraciətlərinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.