Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.11.2026 - Vətəndaş Səma Allahverdiyeva
Vətəndaş Səma Allahverdiyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2026 - Vətəndaş Bəhruz Kazımov
Vətəndaş Bəhruz Kazımov teleqramında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2026 - Vətəndaş İlqar Quliyev
Vətəndaş İlqar Quliyev DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2026 - Vətəndaş Xalidşah Kol-Qədəşov
Vətəndaş Xalidşah Kol-Qədəşov DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2026 - Vətəndaş Asif Bayramov
Vətəndaş Asif Bayramov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
06.11.2026 - Vətəndaş Ziyəddin Rüstəmov
Vətəndaş Ziyəddin Rüstəmov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə minnəttarlığını bildirir.
06.11.2026 - Vətəndaş Sitarə Quliyeva
Vətəndaş Sitarə Quliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
06.11.2026 - Vətəndaş Çimnaz Səfərova
Vətəndaş Çimnaz Səfərova DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.11.2026 - Əcnəbi vətəndaş İmecs Norbert
Əcnəbi vətəndaş İmecs Norbert DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə minnəttarlığını bildirir.