Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Afa Cəfərova DİN-in feysbuk hesabına yazdığı mesajda alış-veriş mərkəzlərindən birinin saxlanc yerindən oğurlanmış geyim əşyalarının polis əməkdaşları tərəfindən qısa müddətdə tapılaraq ona qaytarıldığını bildirir. O, müraciətinə göstərilən diqqətə, probleminin operativ araşdırılmasına və müsbət həllinə görə Nərimanov RPİ 17-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə səfərə gəlmiş turist Safeya Aljaafari Daxili İşlər Nazirliyinə ünvanladığı elektron məktubunda itirdiyi mobil telefonun qısa müddətdə polis əməkdaşları tərəfindən tapılaraq ona qaytarılmasından məmnunluğunu bildirir. Ona göstərilən diqqətə, qayğıya, səmimi münasibətə və yüksək peşəkarlığa görə Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir. O, Azərbaycan polisinin bu nümunəvi xidmətinin ölkəmiz haqqında xoş təəssürat yaratdığını xüsusi vurğulayır.

Sosial şəbəkə istifadəçisi Alina Salmina DİN-in instaqram hesabına yazdığı mesajda bacısı ilə birlikdə müraciət etdiyi Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarının onlara operativ şəkildə köməklik göstərdiklərini bildirir və müraciətlərinə həssas yanaşıldığına görə bölmə əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Orxan Səfərov DİN-in instaqram hesabına yazdığı mesajda onun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin araşdırılmasında polisin obyektiv və peşəkar davrandığını bildirir və başda DİN rəhbərliyi olmaqla, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İsmayıl Həsənov DİN-ə ünvanladığı teleqramında idarə etdiyi nəqliyyat vasitəsində yaranmış texniki nasazlıq səbəbindən yolda qaldığını və polis əməkdaşları tərəfindən ona kömək göstərildiyini bildirir. O, göstərilən diqqətə və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Ordubad Rayon Dövlət Yol Polisi Qrupunun əməkdaşlarına dərin minnətdarlığını ifadə edir.

Vətəndaş Nail İsmayılov, Turan Kərimov və Mehri Mehralıbəyli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirirlər. 

Vətəndaş Azad İslamov və Ceyhun Zeynalov etdikləri müraciətlərinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Xətai RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Şükür Əhmədov etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Raul Cəfərov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Müraciətimə görə mənimlə əlaqə saxlanıldı. Təşəkkür edirəm. Protokola xitam verildi.