Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nina İbrahimova müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xaliq İbrahimov sosial məişət problemlərinin həllində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Ağcabədi rayon sakini Zülfü Baxışov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Ağcabədi Rayon Polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Pirallahı rayon sakini Lamiyə Mürsəlova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, rayon ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir

Vətəndaş Murad Makarov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Murad Ümidli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin edilməsinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Hətəm Hətəmxanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini İlham Haqverdiyev üzləşdiyi məsələ ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Züleyxa Həsənova məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.