Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini Ramin Əliyev Daxili İşlər Nazirliyinə yazdığı məktubda müraciətinə çevik reaksiya verilməsinə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və göstərilən diqqətə görə təşəkkürünü bildirir.

Vətəndaş Rəhman Rüstəmov və Xanım Rəhimzadə xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Ramiz Cəfərov etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Yasamal RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Afaq Göyüşova üzləşdiyi məsələ ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Sabunçu RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Beyləqan rayon sakini İlyas Vəlişov üzləşdiyi məsələ ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Beyləqan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Neftçala rayon sakinləri Xəyal Cəfərov və Malik Rəcəbov DİN-ə ünvanladıqları təşəkkür məktublarında şəhid və qazi ailələrinə göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Neftçala RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər. 

Vətəndaş Nisəxanım Dadaşzadə etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Janna Məhərrəmova mobil telefonunun oğurlanması ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və tapılaraq ona geri qaytarılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Məqsəd Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, kibercinayətkarlıqla mübarizə istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə, eləcə də bu sahədə ictimaiyyətin məlumatlandırılması üçün aparılan maarifləndirmə tədbirlərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.