Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.11.2026 - Vətəndaş Sədaqət Əliyeva
Vətəndaş Sədaqət Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq məsələnin qısa müddətdə müsbət həll edildiyinə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
05.11.2026 - Vətəndaş Aycan Məmmədəliyeva
Vətəndaş Aycan Məmmədəliyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.11.2026 - Vətəndaş Ümid Gözəlzadə
Vətəndaş Ümid Gözəlzadə DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.11.2026 - Vətəndaş Fərman Heydərov
Vətəndaş Fərman Heydərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.11.2026 - Vətəndaş Xanım Qurbanova
Vətəndaş Xanım Qurbanova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bildirir ki, Nərimanov RPİ-nin 17-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində problem öz həllini tapmışdır. Müraciətinə diqqətlə yanaşılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
05.11.2026 - Vətəndaş Yaşar Qəhrəmanov
Vətəndaş Yaşar Qəhrəmanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini qeyd edir. Y.Qəhrəmanov müraciəti ilə bağlı göstərilən köməkliyə görə DİN rəhbərliyinə, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2026 - Bakı şəhər sakini Orxan Rəşidzadə
Bakı şəhər sakini Orxan Rəşidzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2026 - Sosial şəbəkə istifadəçisi Leyla Sadıqova
Sosial şəbəkə istifadəçisi Leyla Sadıqova müraciətinin müsbət həll olunmasına görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.11.2026 - Şəki rayon sakini İsfəndiyar Alıcanov
Şəki rayon sakini İsfəndiyar Alıcanov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.