Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.11.2026 - Mingəçevir şəhər sakini Şəmsiyə Yusifova
Mingəçevir şəhər sakini Şəmsiyə Yusifova müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.11.2026 - Beyləqan rayon sakini Yunis Musayev
Beyləqan rayon sakini Yunis Musayev müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Beyləqan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.11.2026 - Şəhid övladı Murtuz Aslanov
Şəhid övladı Murtuz Aslanov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.
05.11.2026 - Sosial şəbəkə istifadəçisi Raya Mahmudova
Sosial şəbəkə istifadəçisi Raya Mahmudova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində obyektiv araşdırma aparılmasına, peşəkarlığa və humanistliyə görə təşəkkürünü bildirir.
05.11.2026 - Mingəçevir şəhər sakini Elbəy Şamxalov
Mingəçevir şəhər sakini Elbəy Şamxalov öz məktubunda DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı müraciətinin diqqətlə dinlənilməsinə, onu narahat edən məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə minnətdarlığını bildirir.
05.11.2026 - Sosial şəbəkə istifadəçisi Kəmalə Məhərrəmova
Sosial şəbəkə istifadəçisi Kəmalə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə polis tərəfindən operativ baxıldığı və onu narahat edən problemin müsbət həllini tapdığı üçün təşəkkürünü bildirir.
05.11.2026 - Lənkəran rayon sakini Qalib Bədəlov
Lənkəran rayon sakini Qalib Bədəlov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, onu narahat edən problemin həllini tapmasına görə təşəkkürünü bildirir.
05.11.2026 - Abşeron rayon sakini Vidadi Babayev
Abşeron rayon sakini Vidadi Babayev Daxili İşlər Nazirliyinə yazdığı məktubda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Binəqədi Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
05.11.2026 - Masallı rayon sakini Allahşükür Zahidov
Masallı rayon sakini Allahşükür Zahidov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq cavablandırılmasına görə təşəkkürünü bildirir.