Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Göygöz Orucov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Şəki şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.  

Vətəndaş Asəf  Sadıqov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Velosipedimin oğurlanması ilə bağlı müraciət etmişdim. Müraciətimə baxılaraq Nəsimi Rayon Polis İdarəsinin və 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görüldü, velosipedim tapılaraq tam saz vəziyyətdə mənə təhvil verildi. Göstərilən diqqətə və köməkliyə görə polis əməkdaşlarına təşəkkürümü bildirirəm”.

Vətəndaş Həbib Hacızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pul vəsaitimin oğurlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Aparılan təhqiqat araşdırması zamanı dəymiş maddi ziyan mənə tam şəkildə geri ödənilmişdir. Buna görə Daxili İşlər Nazirliyinin və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.

Vətəndaş Aynurə Nəbiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Pirallahı rayonu, Pirallahı qəsəbəsində yaşayıram. Pirallahı Rayon Polis İdarəsinə müraciət etdim, sağ olsunlar, qısa müddət ərzində məsələ həllini tapdı. Buna görə DİN-in rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Həsən Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirən yol-patrul xidməti əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Orxan Qazıyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında belə operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Mirəli Cəfərov üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rüfət Süleymanov üzləşdikləri problem ilə bağlı müraciətə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Sahil Nədirov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılmasına Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.