Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Hüseyn Mirzəzadə
Sosial şəbəkə istifadəçisi Hüseyn Mirzəzadə iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılmasına görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
16.10.2026 - Sosial şəbəkə istifadəçisi Aybəniz Abdullayeva
Sosial şəbəkə istifadəçisi Aybəniz Abdullayeva DİN-in insteqram hesabına yazdığı mesajında evindən oğurlanmış xalçanın qısa müddətdə tapılaraq özünə qaytarılmasına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
16.10.2026 - Vətəndaş Leyla Axundova
Vətəndaş Leyla Axundova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Bakı şəhər sakini Afət Zeynalova
Bakı şəhər sakini Afət Zeynalova məktubunda müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Məhəmmədəli Hacıyev
Vətəndaş Məhəmmədəli Hacıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Turan Abdullayev
Vətəndaş Turan Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, həmçinin həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
16.10.2026 - Vətəndaş Kəmalə Həsənova
Vətəndaş Kəmalə Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.10.2026 - Vətəndaş Orxan Tağızadə
Vətəndaş Orxan Tağızadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılaraq obyektiv qərar qəbul edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
16.10.2026 - Bakı şəhər sakini Gülənbər Kərimova
Bakı şəhər sakini Gülənbər Kərimova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və operativliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.