Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Turxay Şıxlinski DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 8-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Həsən Hacıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İranə Bəndəliyeva məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı çevik reaksiya verilməsinə və aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kənd sakini Yasin Hüseynov məktubunda müraciətinin aparılan obyektiv araşdırmalarla müsbət həll olunmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuzkənd kənd sakini Sahil Məmmədov məktubunda müraciətinin aparılan obyektiv araşdırmalarla müsbət həll olunmasına görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Qaya Məmmədov məktubunda üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Dilşad Nuriyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinə dəvət olunduğunu, polis əməkdaşları tərəfindən operativ və obyektiv araşdırma aparıldığını qeyd edir. 

Salyan şəhər sakini Türkan Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.   

Vətəndaş Şəfiqə Yediyarova müraciətinə diqqətlə yanaşıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.