Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

“Gənclik metrosu yaxınlığında yollarda yaranan tıxac səbəbindən səhəttində problem yaranan oğlumu xəstəxanaya çatdırmağa çətinlik çəkirdim. Ərazidə xidmət aparan yol polisləri köməyimə çatdılar. Sağ olsunlar, onların sayəsində oğlumun həyatı təhlükəsi sovuşdu”. 
Bu sözləri sosial şəbəkə izləyicisi Əli İbrahimli DİN-ə ünvanlanan təşəkkür məktubunda yazır.

Bakı şəhər sakini Qorxmaz Abdurrahmanov məktubunda “Əcnəbi vətəndaşın cibgirlər tərəfindən külli miqdarda oğurlanan pulunun özünə qaytarılmasında, səhhətində problem yaranan sürücünün xidməti maşınla xəstəxanaya çatdırılmasında” Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməldaşlarına göstərdikləri köməkliyə görə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Pərviz Aslanov tanımadığı şəxs tərəfindən təhqirə məruz qalması ilə bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

Vətəndaş Aliyusif Abdulhüseynov yolda olarkən avtomobilində yaranmış nasazlığın aradan qaldırılmasında həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ona göstərdiyi köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Elmir Cəfərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Beyləqan rayon sakini Oruc Vəliyev məktubunda cari il oktyabrın 27-də respublikanın daxili işlər naziri tərəfindən Bərdə şəhərində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə araşdırılması üçün müvafiq tapşırıqlar verildiyini qeyd edir. O, müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fazil Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda səmimi qəbula və xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla, narkomaniyaya qarşı mübarizədə fəal iştirakına görə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin şəxsi heyətinə minnətdarlıq edir.

Şərur rayon sakini, Birinci Qarabağ veteranı, istefada olan polis polkovnik-leytenantı Vidadi Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müharibə veteranlarına göstərilən diqqət və qayğıya, yaradılan şəraitə və tibb personalının səmim münasibətinə görə DİN-nin A.Heydərov adına Respublika Hospitalının şəxsi heyətinə minnətdarlıq edir.

Bakı şəhər sakini, Nəbi Nəsirov ünvanladığı məktubda müharibə veteranlarına göstərilən diqqət və qayğıdan razılıq edir, orada müalicələri üçün yaradılan şəraitə və tibb personalının səmim münasibətinə görə DİN-nin A.Heydərov adına Respublika Hospitalının şəxsi heyətinə minnətdarlıq edir.