Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Rüfət Xələfov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Saleh Əlizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-yə dəvət olunduğunu,  hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir. 

Vətəndaş Simuzər Həsənova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Günel Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, itkin düşmüş övladları ilə bağlı Pirallahı Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinə həssas yanaşıldığına, qısa zamanda keçirilən operativ tədbirlərlə övladlarının tapılaraq ona təhvil verilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir və qürur duyduğunu ifadə edir.

Vətəndaş Mirağa Məmmədov ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə probleminin müsbət həll olunduğunu qeyd edərək Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Yaqub Xəlilov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, Nəsimi RPİ-nin əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Zərdab rayon sakini Səməd Səmədzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, BBPİ DYPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Qismət Qəhrəmanlı DİN-in “Instagram” səhifəsinə mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə Nərimanov Rayon Polis İdarəsinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Kamran Muradov DİN-in “Instagram” məktubunda mobil telefonunun itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.