Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şahbuz rayon sakini Elxan Abbasov müraciətinə operativ baxılaraq obyektiv araşdırma aparılmasına və probleminin müsbət həll edilməsində göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şəhriyar Məmmədov ünvanladığı müraciətinə ətraflı və operativ cavab verdiklərinə görə DİN kollektivinə minnətdarlıq edir.

Təqaüddə olan sabiq polis əməkdaşı İlham Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda başda DİN rəhbərliyi olmaqla Azərbaycan Polisinə minnətdarlıq edir.

Şahbuz rayon sakini Kamal Camalov müraciətinə obyektiv baxıldığına və probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini İnqilab Balaşov müraciəti ilə bağlı ona göstərilən xüsusi diqqətə və köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Fariz Həsənov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Pirallahı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Samir Cəfərov və Goranboy rayon sakini Elşad Musayev Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarında gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Quba rayon sakini Vüsal Şükürov özünə məxsus avtomobildən oğurluq edən şəxsin qısa zaman kəsiyində yaxalanmasına, eləcə də müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin  əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Nurlan Dənyarov itkin düşən azyaşlı qızının qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.