Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.07.2025 - Vətəndaş Nigar Vəlibəyli
Vətəndaş Nigar Vəlibəyli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Abşeron Rayon Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
15.07.2025 - Vətəndaş Zümrüd Əliyeva
Vətəndaş Zümrüd Əliyeva DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında başına gələn bədbəxt hadisə nəticəsində polis əməkdaşı öz həyatını təhlükəyə ataraq onu ölümdən xilas etdiyi üçün Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
15.07.2025 - Vətəndaş Kamran Ələsgərov
Vətəndaş Kamran Ələsgərov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2025 - Sumqayıt şəhər sakini Sahib Məmmədov
Sumqayıt şəhər sakini Sahib Məmmədov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.07.2025 - Bakı şəhər sakini Oqtay Babayev
Bakı şəhər sakini Oqtay Babayev DİN-ə ünvanladığı məktubunda avtomobilindən oğurluq olması ilə bağlı polisə müraciət etdiyini, qısa zaman ərzində araşdırılaraq əməli törətməkdə şübhəli bilinən şəxsin tapılaraq ona dəymiş ziyanın ödətdirilməsində göstərilən diqqətə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2025 - Bakı şəhər sakini Zamiq Rüstəmli
Bakı şəhər sakini Zamiq Rüstəmli DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2025 - Vətəndaş Nicat Şirinov
Vətəndaş Nicat Şirinov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2025 - Saatlı rayon sakini Nəsir Nəsirov
Saatlı rayon sakini Nəsir Nəsirov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
15.07.2025 - İmişli rayon sakini Salman Əliyev
İmişli rayon sakini Salman Əliyev DİN-ə ünvanladığı məktubunda DİN rəhbərliyinə təşəkkür edir.