Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şəkərxanım Dadaşova ünvanladığı müraciətinə operativ baxıldığını, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elşad Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanına dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Mətanət İbrahimova müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.

Vətəndaş Amin Mahmudov DİN-ə ünvanladığı məktubunda müraciətinə diqqətlə yanaşılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Əşrəf Əliyev müraciətinə operativ baxıldığına, hüquq və vəzifələrinin izah olunmaqla köməklik göstərildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Sabiq Qədimov müraciətinin müsbət həll edilməsinə DİN rəhbərliyinə minnətdarlıq edir.

Goranboy rayon sakini Allahverən Kərimov müraciətinin obyektiv araşdırılmasına görə Goranboy RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Elman Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Sabirabad rayon sakini, şəhid atası Mehman Musayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.