Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.07.2025 - Vətəndaş Gülər Məcidova
Vətəndaş Gülər Məcidova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına,göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.07.2025 - Vətəndaş Tural Atakişiyev
Vətəndaş Tural Atakişiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.07.2025 - Vətəndaş Sədaqət Məlikova
Vətəndaş Sədaqət Məlikova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Xətai Rayon Polisi İdarəsinin
əməkdaşlarına minnətdarlığını bildirir.
12.07.2025 - Vətəndaş Nihad Əliyev
Vətəndaş Nihad Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O,üzləşdiyi yol-nəqliyyat hadisəsi zamanı göstərdikləri xoş rəftar və nəzakətli
davranışlara görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
12.07.2025 - Yasamal rayon sakini Ceyhun Məmmədov
Yasamal rayon sakini Ceyhun Məmmədov məktubunda övladının Polis Akademiyasında təhsilini uğurla başa vurduğunu qeyd edir, yaradılan şəraitə və göstərilən diqqətə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli işlərində
uğurlar arzulayır.
12.07.2025 - Bakı şəhər sakini Pərvanə Qarayeva
Bakı şəhər sakini Pərvanə Qarayeva məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə DİN-in rəhbərliyi başda olmaqla Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.07.2025 - Bakı şəhər sakini İslam Maqsəliyeva
Bakı şəhər sakini İslam Maqsəliyeva məktubunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.07.2025 - Bakı şəhər sakini Kamilə Əliyeva
Bakı şəhər sakini Kamilə Əliyeva məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Bakı Şəhər Dövlət Yol Polisi
İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.07.2025 - Vətəndaş Arif Mikayılov
Vətəndaş Arif Mikayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O,üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi zərərin tam ödətdirilməsinin təmin olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.