Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Əli Qasımov oğurluq hadisəsilə bağlı etdiyi müraciətə operativ baxılaraq həmin şəxsin tutulub istintaqa təhvil verilməsində əməyi olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Ağababa Musayev maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xəqani Məmmədov maddi ziyan ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Mikayıl Abbasov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar həyata keçirilən operativ tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rəhimə Əsgərova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin kollektivinə minnətdarlıq edir.

Vətəndaş Aynur İmanzadə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Astara rayon sakini Təbriz Baxşiyev məktubunda ölkə ərazisində ictimai qaydanın və asayişin etibarlı qorunmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə öz təşəkkürünü bildirir.

Masallı rayon sakini Qail Həsənov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinin obyektiv araşdırılmasına və məsələnin qısa zamanda müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elvin Fərzullayev öz məktubunda müraciətinin Masallı Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına görə təşəkkürünü bildirir.