Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Anar Muxtarov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aksana Məmmədova DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Anar Qasımov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Vüsal Məmmədov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Samiq Orucov müraciətinə dərhal reaksiya verilməsinə və ona dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nicat Məmmədov tanışının ona olan borcunu qaytarmadığı barədə müraciətinə operativ və obyektiv baxılaraq pulunun geri qaytarılmasında göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sumqayıt şəhər sakini Rəqsanə Həbibova ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Solmaz Ağayeva ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Səvalan Süleymanzadə baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.