Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Eldəniz Nəbiyev müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Vurğun Həsənov ünvanladığı mesajında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan obyektiv araşdırmadan razılıq edir, həmçinin ona göstərilən diqqət və qayğıya görə Xətai RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elşad Süleymanov üzləşdiyi problemlə bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Mətin Rəhimov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, eləcə də müraciətinə xüsusi həssaslıqla və obyektiv yanaşdıqlarına görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin PPX əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Dmitriy Yaqubov ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Nəsimi RPİ-nin rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Osman Əhədov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə BBPİ DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Kənan Nərimanov ünvanladığı məktubunda idarə etdiyi nəqliyyat vasitəsinin yanacağı bitdiyindən yolda qaldığını qeyd edir, bu zaman ona yaxınlaşan polis əməkdaşlarının kömək edərək onu yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə apardıqlarına və  göstərdikləri dəstəyə görə Pirallahı RPİ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Müşfiq İsmayılov üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Lamiyə Nəsibova üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırma aparıldığına və müraciətinin müsbət həll olunduğuna görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin kollektivinə təşəkkürünü bildirir.