Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Vüqar Əhmədov öz məktubunda müraciətinə operativ qaydada baxılmasına, Gəncə ŞBPİ-nin rəhbərliyi tərəfindən qəbul edilərək ona hüquqi izahların verilməsinə görə minnətdarlığını bildirir.

Laçın rayon sakini Samir Həsənov peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlıq edir.

Yevlax rayon sakini Rüfət Abdullayev peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Ziya Omarlı peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan polisinə minnətdarlıq edir.

Bərdə rayon sakini Əminə Abdullayeva müraciətinin müsbət həll edilməsinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkürünü bildirir. 

Bərdə rayon sakini İsmayıl Hüseynov müraciətinin müsbət həll edilməsinə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkürünü bildirir.

Vətəndaş Vüqar İsmayılov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aybəniz Xəlilova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında bacısının itkin düşməsi ilə bağlı müraciətinə operativ yanaşaraq onun tapılmasında göstərilən köməkliyə görə Pirallahı Rayon Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Ülvi Cəlilov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.