Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.08.2025 - Vətəndaş Pərvin Fərziyev
Vətəndaş Pərvin Fərziyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Sabunçu Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmanın nəticəsindən razı qaldığını bildirərək müraciətinin müsbət həll olunmasında göstərilən köməklik üçün həmin idarənin əməkdaşlarına təşəkkürünü bildirir.
20.08.2025 - Vətəndaş Fərman Nurizadə
Vətəndaş Fərman Nurizadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanına dəvət olunaraq hüquq və vəzifələrinin izah olunmaqla obyektiv araşdırmalar aparıldığını bildirir. Göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
20.08.2025 - Əcnəbi vətəndaş İbrahim Ahıskalı
Əcnəbi vətəndaş İbrahim Ahıskalı məktubunda müraciətinə həssaslıqla yanaşıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Əcnəbi vətəndaş Fatimə Makki al-Munasi
Əcnəbi vətəndaş Fatimə Makki al-Munasi DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi oğurluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və məsələnin yüksək peşəkarlıqla həll olunduğunu qeyd edir.
20.08.2025 - Vətəndaş Xəzər Mirsalehli
Vətəndaş Xəzər Mirsalehli üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Vətəndaş Abbas Hüseynov
Vətəndaş Abbas Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Sevil Quliyeva
Bakı şəhər sakini Sevil Quliyeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.08.2025 - Bakı şəhər sakini Nicat Mehdiyev
Bakı şəhər sakini Nicat Mehdiyev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
20.08.2025 - Vətəndaş Aslan Rzazadə
Vətəndaş Aslan Rzazadə Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə ünvanladığı mesajında üzləşdiyi oğurluq hadisəsi ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və oğurlanan əşyasının geri qaytarıldığını qeyd edir.