Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.07.2025 - Vətəndaş Murad Məmmədov
Vətəndaş Murad Məmmədov məktubunda göstərdikləri xoş rəftar və nəzakətli davranışlara görə xidməti vəzifələrini layiqincə yerinə yetirən Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2025 - Vətəndaş Azər Kərimov
Vətəndaş Azər Kərimov məktubunda polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
17.07.2025 - Vətəndaş Qail Rüstəmov
Vətəndaş Qail Rüstəmov məktubunda müraciəti üzrə göstərilən köməkliyə və həyata keçirilən tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2025 - Bakı şəhər sakini Allahverdi Həsənov
Bakı şəhər sakini Allahverdi Həsənov məktubunda vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
17.07.2025 - Bakı şəhər sakini Pərvanə İbrahimova
Bakı şəhər sakini Pərvanə İbrahimova məktubunda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar obyektiv araşdırma aparılmasına görə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2025 - Şahbuz rayonunun Keçili kənd sakini Dilqəm Yusifov
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Keçili kənd sakini Dilqəm Yusifov məktubunda üzləşdiyi problemlə bağlı müraciəti üzrə obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasına görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2025 - Zaqatala rayon sakini Əsmər Ramazanova
Zaqatala rayon sakini Əsmər Ramazanova müraciətinin müsbət həll olunmasına görə Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.07.2025 - Gəncə şəhər sakini Aytac Cəfərova
Gəncə şəhər sakini Aytac Cəfərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
16.07.2025 - Vətəndaşlar Sevinc Hümbətova və Tahir Abbasov
Vətəndaşlar Sevinc Hümbətova və Tahir Abbasov məktublarında müraciətlərinə operativ qaydada baxılmasına görə Gəncə ŞBPİ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.