Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.07.2025 - Masallı rayon sakinləri Əbil Muxtarov və Hümmət Cəfərov
Masallı rayon sakinləri Əbil Muxtarov və Hümmət Cəfərov öz məktublarında rayon ərazisində ictimai qaydanın və asayişin etibarlı qorunmasına, xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
16.07.2025 - Vətəndaş Heydər Bayramov
Vətəndaş Heydər Bayramov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.
16.07.2025 - Vətəndaş Ayaz Mahmudov
Vətəndaş Ayaz Mahmudov məktubunda övladının DİN-in Polis Akademiyasını müvəffəqiyyətlə başa vurduğunu qeyd edərək orada yaradılmış tədris mühitinə, yüksək səviyyəli peşə hazırlığına, gənc kursantlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Polis Akademiyasının rəhbər və müəllim heyətinə minnətdarlığını bildirir.
16.07.2025 - Vətəndaş Rafiq Alışov
Vətəndaş Rafiq Alışov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə Abşeron Rayon Polis İdarəsində operativ baxıldığını, obyektiv araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
16.07.2025 - Bakı şəhər sakini Əsədulla Cəlilov
Bakı şəhər sakini Əsədulla Cəlilov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciəti üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunaraq dəymiş maddi ziyanın da ödətdirilməsində köməklik göstərildiyini bildirir. Ə.Cəlilov vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, obyektivliyə və operativliyə görə Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkür edir.
16.07.2025 - Vətəndaş Rahim Sadiqov
Vətəndaş Rahim Sadiqov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxılaraq obyektiv araşdırıldığını və müsbət həll olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməklik üçün Xətai RPİ-nin əməkdaşlarına təşəkkür edir.
15.07.2025 - Qobustan rayon sakini Fərrux Məmmədov
Qobustan rayon sakini Fərrux Məmmədov DİN-ə ünvanladığı məktubda üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə obyektiv araşdırmaya görə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.07.2025 - Qazax rayon sakini Sahib Məmmədov
Qazax rayon sakini Sahib Məmmədov məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Qazax Rayon Polis Şöbəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.07.2025 - Vətəndaş Nəsimi İsayev
Vətəndaş Nəsimi İsayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında müraciətinə diqqətlə yanaşılmasına görə Xətai Rayon Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.