Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini, şəhid ailəsi olan Natavan Həsənova məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciəti ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsində qəbul edildiyini və obyektiv araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir.O, şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə özü və ailəsinin adından DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini Ələddin Hüseynov məktubunda Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Səkinə Məmmədzadə məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Ruslan Mansurov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Cəlil Qurbanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elmar Mansurov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Almaz Bayramova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlər nəticəsində müsbət həll olunmasına görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Aytən Hüseynova üzləşdiyi oğurluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Emil Qurbanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə  Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.